Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri

birbank biznes

işəgötürənin öhdəlikləriMövzuya keçməzdən əvvəl qeyd edək ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması əsası kimi çıxış edən əmək müqaviləsinin bağlanması da daxil olmaqla müqavilə üzrə işəgötürənin öhdəlikləri daha öncə başlayır.

Belə ki, işəgötürən işçi ilə bağladığı əmək müqaviləsini elektron informasiya sisteminə daxil etmək öhdəliyi daşıyır və bu tələbə riayət edilməməsi müvafiq sanksiyalara səbəb olur. Həmçinin 15 yaşına (18 yaşınadək) çatmış şəxslə bağlanan əmək müqaviləsi üzrə onun valideynləri və ya qəyyumlarından yazılı razılıq almalıdır.

Bununla yanaşı işçidən əmək kitabçası, şəxsiyyətini təsdiq edən sənəd, təhsillə bağlı tələb olduqda təsdiqedici sənədlər və işçinin sağlamlığına zərərli iş yerində işləmək üçün sağlamlıq haqqında tibbi arayışdan başqa digər sənədləri tələb edə bilməz.

Əmək müqaviləsi bağlanarkən sınaq müddətinin tətbiq edilməsi barədə müddəanı müqavilədə göstərmədikdə sınaq müddətinin tətbiqini həyata keçirə bilməz. Bu qayda müqavilə müddəti ilə də eynilik təşkil edir. Müddət göstərilməyən müqavilə müddətsiz kimi qəbul ediləcəkdir.

Əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən işçi ilə bağlı əmək şəraitini təmin etməlidir. Buraya daxildir:

  • sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə qanunvericiliyə uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
  • əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
  • bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
  • işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini;
  • işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin yaradılması.

Həmçinin əmək müqaviləsinin surətinin işçiyə təqdim edilməsi, vəzifə təlimatları və daxili qaydalarla işçinin tanış etdirilməsi də işəgötürənin öhdəliklərinə aiddir. Bu sənədlərin təqdim edilməməsi həmin sənədlər üzrə işçidən vəzifələrin tələb edilməsində maneə hesab edilir.

Göründüyü kimi işçinin vəzifələri ilə işəgötürənin də mühüm vəzifələri var və bu vəzifələrə əməl edilməməsi özlüyündə işəgötürənin məsuliyyətinə səbəb olan hallardır.


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?