Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?

birbank biznes

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, nağd qaydada alına bilən mallar, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, xammal və material sərfi, Kommunikasiya Strategiyası, əmlak vergisi, Əlavə dəyər vergisinin bəyannaməsi, Elektron xidmətin istifadəsi, DVX forum, Vergi uçotu, Vergi bəyannamələrinin yeni formaları, Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,2019-cu ilin yanvar ayından vergi uçotuna alınaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkar kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad edildiyi üçün dövriyyələr barədə vergi bəyannamələri verməmişdir. Vergidən azad olunan dövriyyə barədə bəyannamə verməməyə görə fərdi sahibkara maliyyə sanksiyası tətbiq oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi oqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir).

Bu maddənin müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 58-ci maddələri.

Mənbə: vergiler.az


Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq?