Fərdi sahibkarın şəxsi nəqliyyat vasitələrinə görə vergi öhdəliyi varmı?

birbank biznes

Əlavə dəyər vergisinin bəyannaməsi, Elektron xidmətin istifadəsi, DVX forum, Vergi uçotu, Vergi bəyannamələrinin yeni formaları, Xarici nəzarət, DVX onlayn görüş, Cari vergi ödəyiciləri, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, Xərc normaları, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisinin vəzifələri, sənədsiz evlərin satılması, hesabatların qəbul edilməməsi, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, Sadələşdirilmiş vergi bəyannaməsi,Fərdi sahibkar kimi topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi təqdim etdiyi malları mülkiyyətindəki yük maşınları ilə pərakəndə ticarət obyektlərinə çatdırır. Bundan əlavə, onun şəxsi istifadəsində 2 ədəd minik avtomobili mövcuddur. Bu ildən fərdi sahibkar olan fiziki şəxs daşınar əmlaklarına görə əmlak vergisi ödəməlidir. Bəs fərdi sahibkarın mülkiyyətində olan və şəxsi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə görə əmlak vergisi ödənilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektidir. Bununla belə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.

Qeyd olunanlara əsasən:

Müraciətdə göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobillərinə görə əmlak vergisi hesablanmır. Fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən yük avtomobillərinə görə isə əmlak vergisi hesablanır və dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsi, 197.1.3 və 199.4.3-cü maddələr.

Mənbə: vergiler.az


Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərin hesablanması