Hansı qurumlarda peşəkar mühasib tələb olunur?

birbank biznes

Müəyyən qurumlarda peşəkar mühasiblərin işə təyinatı qanunverciliklə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

“Mühasibat uçotu haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdır.

İqtisadi subyeklər

Peşəkar mühasib (baş mühasib)

Açıqlamalar
Tələb edilir Tələb edilmir
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər Bəli —— Kommersiya qurumu mikro, kiçik, orta, iri olmağından asılı olmayaraq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsusdursa, pəşəkar mühasib tələb olunur.
Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər ———— Bəli Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər ictimai əhəmiyyətli qurumlar sayıldığına baxmayaraq, onların baş mühasiblərinin peşəkar mühasib olması tələb olunmur.
Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumlar Bəli Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri peşəkar mühasib olmalıdırlar. İctimai əhəmiyyətli qurumların siyahısı böyükdür.
İri sahibkarlıq subyektləri Bəli İri sahibkarlıq subyektinin baş mühasibi peşəkar mühasib olmalıdır
Orta sahibkarlıq subyektləri Bəli —– Orta sahibkarlıq subyektinin baş mühasibi peşəkar mühasib olmalıdır.
Büdcə təşkilatları Bəli Kiçik, iri, böyük olmasından asılı olmayaraq istənilən büdcə təşkilatında peşəkar mühasib olmalıdır.
İllik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər Bəli İstənilən yox, ancaq illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasib olmalıdır.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər Bəli İstənilən yox, ancaq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasib olmalıdır.
Kiçik sahibkarlıq subyektləri —— Bəli Yalnız nəzarət zərfi dövlətə məxsus kiçik sahbkarlıq subyektlərinə peşəkar mühasib tələb olunur
Mikro sahibkarlıq subyektləri ———– Bəli Yalnız nəzarət zərfi dövlətə məxsusmikro sahibkarlıq subyektlərinə peşəkar mühasib tələb olunur.
Bələdiyyələr —— Bəli Bələdiyyələrin də baş mühasibləri peşəkar mühasib olmaya bilər. Çünki nə kommersiya, nə də dövlət müəssisəsi olanbələdiyyə yerli özünüidarəetmə qurumudur.

Bəs “Peşəkar mühasib sertifikatı” əldə edən mühasiblərin fəaliyyəti necə tənzimlənir?

  • Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə “Peşəkar mühasib sertifikatı”. Statusu daha yüksək olduğuna görə bu sertifikatı alan mühasib həm bu sertifikat üzrə, həm də “Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları” üzrə pəşəkar mühasib sertifikatı tələb olunan qurumlarda işləyə bilər.
  • Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə “peşəkar mühasib sertifikatı” alan mühasib ancaq adları çəkilən qurumlarda işləyə bilər.
  • İctimai sektor üçün I dərəcəli pəşəkar mühasib sertifikatı olan mühasib sertifikatının statusu daha yüksək olduğuna görə həm də II dərəcəli pəşəkar mühasib sertifikatı tələb edilən təsərrüfat subyeklərində çalışa bilər.

Mənbə: vergiler.az


Əməkhaqqı artımının işçinin məzuniyyətə göndərildiyi aya düşməsi