İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclər gəlirdən hansı sənədlərə əsasən çıxıla bilər?

birbank biznes

Sual: MMC spirt istehsalı sahəsini icarəyə götürüb. Müqavilə üzrə istifadə edilmiş işıq, su, qaz tərəfimizdən ödənilməlidir və bank hesabımızdan ödənilib. E-qaimələr icarəyə verənin adına gəldiyi üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində Lokal Gəlirlər Departamenti istehsalatda istifadə edilən komunal xərclərin ləğvinə qərar verib. E-qaimə təqdim edilməyən kommunal xərclər hansı qayda ilə tənzimlənir? İcarəyə verən kommunal xərclər üçün icarəçiyə e-qaimə təqdim etməlidirmi?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən digər şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Qeyd olunan hal ilə əlaqədar təsdiqedici sənədləri və izahat məktubunu qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Pul vəsaitinin uçotunun tənzimlənməsi