Əmək qanunverciliyinin pozulmasına görə məsuliyyət

birbank biznes

Vətəndaşların əmək hüquqlarının pozulmasına görə Azərbaycan qanunvericiliyində inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Bununla bağlı səciyyəvi suallara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət

Məcəllənin 192.1-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə

  • fiziki şəxslər min manatdan iki min manatadək;
  • vəzifəli şəxslər üç min manatdan beş min manatadək;
  • hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Misal 1: “A” müəssisəsində keçirilən yoxlama zamanı 1 işçinin əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə cəlb edilməsi halı aşkar edilib. Bu halda müəssisə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilə bilər.

Misal 2: “A” müəssisəsində keçirilimiş yoxlama zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsi halı aşkar edilib. İşəgötürən işçilərlə kağız formada əmək müqaviləsi bağlayıb, elektron informasiya sisteminə də daxil edib. Lakin daxil edilmiş əmək müqaviləsi bildirişləri imzalanmadığı üçün hüquqi qüvvəyə minməyib.

Əmək müqaviləsinin elektron informasiya sisteminədaxil edilməsinə baxmayaraq, müqavilə huquqi qüvvəyə minmədiyi üçün inzibati cərimə təbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə veddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Misal 3: İşçinin sonuncu attestasiyadan keçmə tarixi 20.05.2020-ci ildir. İşəgötürən 20.05.2022-ci il tarixdə işçinin növbəti attestasiyadan keçirilməsinə qərar verib. Bu, qanunvericiliyin tələblərinə ziddir. Çünki elmi işçilər istisna olmaqla, hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Məcəllənin 192.3-cü maddəsində göstərilib ki, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Misal 4: “A” müəssisəsində yoxlanış zamanı 1 nəfər işçiyə 250 manat əməkhaqqı verilməsi halı aşkar edilmişdir. “A” müəssisənin vəzifəli şəxsi qismində onun işəgötürəni işçiyə minimum əməkhaqqı məbləğindən aşağı əməkhaqqı verildiyinə görə 1.000manatdan 1.500 manatadək məbləğdə cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilib ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəvəzifəli şəxslər 700 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir.

Misal 5: “B” müəssisəsinin işçisi 4 gün müddətinə Gəncə şəhərinə ezam edilib. Ona 280 manat ezamiyyət haqqı ödənilməli olduğu halda, mehmanxana xərcləri ilə bağlı sənədin verilməməsi əsas gətirilərək ezamiyyət haqqı normadan aşağı köçürülüb. Halbuki Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədaxili ezamiyyələrdə mehmanxana xərcləri ilə bağlı təsdiqedici sənədlərin olması vacib deyildir.

“B” müəssisəsinin vəzifəli şəxsi qismində onun işəgötürəninə 700 manatdan 1.500 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Məcəllənin 192.5-cü maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.



Misal 6: “A” müəssisəsnin işçi işdən azad edilmiş, lakin ona istifadə edilməmiş məzuniyyətin kompensasiyası ödənilməyib. İşçi Dövlət ƏməkMüfəttişliyi Xidmətinə müraciət edərək pozulmuş hüququnun bərpasını xahiş edib.

İşçiyə istifadə edilməmiş məzuniyyətə görəkompensasiya ödənilməklə, “A” müəssisəsinin vəzifəli şəxsi qismində onun işəgötürəninə 1.500 manatdan 2.000 manatadək cərimə edilməsi barədə qərar qəbul edilib.

Məcəllənin 192.6-cı maddəsində göstərilib ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər 1.500manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.

Misal 7: İşçi ilə 1 il müddətinə əmək müqaviləsi 31.01.2021-ci il tarixdən 31.01.2022-ci il tarixədək başlanıb. İşçinin əmək müqaviləsinə 10.02.2022-ci ildəmüqavilə müddətinin bitməsi əsası ilə xiyam verilib.

Halbuki Əmak Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu baxımdan, qeyd edilən tarixdə əmək müqaviləsinə həmin əsasla xitam verilməsi qanuna uyğun hesab edilmir.

“A” müəssisəsinin vəzifəli şəxsi qismində işəgötürəninə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilə bilər.

İnzibati Xətalar Məcəlləsinin 192.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə vəzifəli şəxslər 500 manatdan 1.000manatadək məbləğdə cərimə edilir.

Misal 8: “C” müəssisəsində yoxlama keçirilərkən qeydiyyatda olan işçilərin əmək kitabçaları tələb eidlib. Bir nəfər işçi ilə 31.01.2022-ci ildə əmək müqaviləsi bağlanmasına baxmayaraq 28.02.2022-ci ildə həmin işçiyə əmək kitabçası açılmayıb.

Halbuki Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

Bu halda “C” müəssisəsinin vəzifəli şəxsi qismində işəgötürəninə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Məcəllənin 192.8-ci maddəsində göstərilib ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslər 3.000 manatdan, 5.000 manatadək məbləğdə cərimə edilir.

Misal 9: Ərzaq dükanında keçirilmiş yoxlama zamanı 14 yaşında əmək münasibətlərinə daxil olmaq hüququ olmayan şəxsin iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilib və “A” müəssisəsinə işin halları nəzərə alınmaqla 3.000 manat məbləğdə cərimətətbiq edilib.


ƏDV qeydiyyatı keçmiş tarixlə aparıldıqda bəyannamə necə təqdim edilməlidir?


Məcəllənin 192.9-cü maddəsinə əsasən, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək məbləğdə, hüquqi şəxslər 10.000 manatdan 13.000 manatadək məbləğdə cərimə edilir.

Misal 10: Alkoqollu və energetik içkilərin, tütün məmulatlarının satışı ilə məşğul olan “A” müəssisəsində yoxlama keçirilərkən işəgötürən tərəfindən uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən fəaliyyətə cəlb edilməsinə görə hüquqi şəxs olan “A” müəssisəsi işin halları nəzərə alınmaqla cərimənin minimumu miqdarında, yəni 10.000 manat məbləğdə cərimə edilib.

“Uşaq hüququları haqqında” 19 may 1998-ci il tarixli, 499-İQ nömrəli Qanunun 9-cu maddəsi ilə uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ müəyyənləşib. Həmin hüquqa görə, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarinin, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağardır.

Məcəllənin 192.10-cü maddəsində isə göstərilib ki, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insan immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görəvəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə çərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.11-ci maddəsinə əsasən, şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) əsas olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.

Misal 11: Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək muqaviləsi bağlamaqdan imtina edilib. Araşdırma zamanı belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş verlərinə işə götürməkdən imtina edilən hallar müəyyən edilib. Buna görə də cərimə tətbiq edilməyib. Əks halda, 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə tətbiq edilə bilərdi.

Məcəllənin 192.12-ci maddəsində isə göstərilib ki, qanunla pedaqofi fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər 3.000 manat məbləğində cərimə edilir.

İnzibatı Xətalar Məcəlləsının 17-cı maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən vəzifəli şəxs dedikdə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə üyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət taşkilatlarında, idarə və müəssisələrində, ocümlədən publik hüquqi şəxslərdə təşkilat -sərancamverict və ya in/ibati təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər nəzərdə tutulur.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi