Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

birbank biznes

ƏDV əvəzləşdirilməsi, ƏDV-nin hesablanması,Meyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxs ilə müqavilə bağlayır. Bu halda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.

Buna əsasən, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 164.1.34-2-ci maddəsi.

Mənbə: vergiler.az


Maddi yardımlar vergiyə cəlb olunurmu?