2022-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

birbank biznes

2022-ci il üçün əməkhaqqıdan tutulmalar,2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi əməkhaqqıdan hansı tutulmaların olması barədə yazını təqdim edirik.

2022-ci ildən bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığorta ilə əlaqədar qeyri-neft və qeyri-dövlət sahələrindəki 8 min manatadək əməkhaqqısı olanlar üzrə 50%-lik güzəşt ləğv ediləcək.

Beləliklə 2022-ci ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:

  • gəlir vergisi;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissəsinin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% idi), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 250 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 5 AZN

250-(0+11+1.25+5)=250-17.25=232.75

Netto məbləğ 232.75 AZN olacaq.

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN

Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

250-200=50

50-in 14%-i=7 AZN

b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25

Netto məbləğ 229.25 AZN olacaq.

2.3) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat

Netto məbləğ 5906 AZN olacaq.

Əlavə olaraq 2022-ci il üçün minimum aylıq əməkhaqqının 300 AZN olması barədə düzəlişlər ediləcəyi halda hesablamanı təqdim edirik.

1.3) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 10%-i, yəni 10 AZN, ümumilikdə 6+10=16 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 6 AZN

250-(0+16+1.5+6)=300-23.5=276.5

Netto məbləğ 276.5 AZN olacaq.

2.3) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 300 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

300-200=100

100-ün 14%-i=14 AZN

b) sosial sığorta haqqı – 300 AZN-in 3%-i = 9 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

300 AZN-(14+9+1.5+6)=300-30.5=269.5

Netto məbləğ 269.5 AZN olacaq.

Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

  • Vergi Məcəlləsi
  • “Sosial sığorta haqqında” Qanun
  • “Tibbi Sığorta haqqında” Qanun
  • “İşsizlikdən sığorta haqqında” Qanun

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda mövcud hesablama olacaqdır.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov